20 Yanvar ərəfəsində beynəlxalq xatirə turniri

Artıq bir çox ildir ki, Azərbaycan Güləş Federasiyasının yarışlar təqvimində bir turnir özünə möhkəm yer etmişdir. Hər ilin birinci ayında Ümumxalq hüzn günü ərəfəsində 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr edilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilir.

İndiki yarış sayca 18-cidir. Həmişəki kimi, Müşviqin unudulmaz xatirəsini yad etmək üçün xarici ölkələrin təmsilçiləri növbəti dəfə bizə qonaq gəlmişlər. Bu dəfə mükafatlar uğrunda xalça sahibləri ilə yanaşı Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistan idmançıları mübarizə aparacaqlar.

Turnirə bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində “sərbəstlərin” görüşləri ilə start veriləcəkdir. Sabah isə yarış meydanında onları “klassiklər” əvəz edəcəklər. İdman həvəskarlarını usta güləşçilərin ehtiyat qüvvəsinin ifasında maraqlı görüşlər gözləyir. Əgər desək ki, bu mübarizədə uduzan olmayacaq, yəqin ki, səhv etmərik. Çünki qaliblər də, məğlublar da gərgin görüşlərdə öz hazırlıq səviyyələrini artırmaq, təcrübə toplamaq imkanı qazanacaqlar. Qarşıdakı turnir həm də Azərbaycanda çox sevilən və gözəl ənənələri olan güləşin respublikamızda kütləviliyinin daha da artmasına, onunla məşğul olan yeniyetmələrin sıralarının bir qədər də genişlənməsinə yeni təkan verəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında