Dünyanın ən yaxşı qrossmeysterləri sentyabrda Bakıda görüşəcəklər

Beynəlxalq Şahmat Federasiyası (FİDE) öz saytında ötən il fevralın 1-dən bu ilin yanvarınadək olan dövrdə orta reytinqə görə ən yaxşı göstəriciyə malik 40 qrossmeysterin siyahısını dərc etdirmişdir.

Məlumatda bildirilir ki, reytinqi 2725-dən yuxarı olan bu şahmatçılar Bakıda keçiriləcək Dünya Kuboku turnirində iştirak edəcəklər.

İkiqat dünya çempionu norveçli Maqnus Karlsenin (2882) başçılıq etdiyi siyahıda azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov (2755) 12-ci, Teymur Rəcəbov (2722) isə 30-cu pillələrdədirlər.

Siyahıda ikinci-altıncı mövqelərdə Levon Aronyan (Ermənistan, 2808), Fabiano Karuana (İtaliya, 2803), Aleksandr Qrişuk (Rusiya, 2792), Vişvanatan Anand (Hindistan, 2785) və Veselin Topalov (Bolqarıstan, 2784) yer almışlar.

Qeyd edək ki, Dünya Kuboku turnirlərində 128 rəqib mübarizəyə qoşulur və uduzanlar yarışdan çıxır. Bakı turnirinin qalan iştirakçıları öz qitələrinin qarşıdakı çempionatlarında və digər beynəlxalq yarışlarda müəyyənləşəcək.

Azərbaycan paytaxtında Dünya Kuboku turniri bu il sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcəkdir. Birinci-ikinci yerləri tutan qrossmeysterlər iddiaçıların dünya şahmat tacı uğrunda növbəti turnirinə vəsiqə qazanacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında