Rusiya Avropa Oyunlarında 300 idmançı ilə təmsil olunacaq

Bakıda Birinci Avropa Oyunları (12-28 iyun) starta yaxınlaşdıqca müxtəlif ölkələr öz komandalarının tərkibini elan edirlər. Məsələn, Rusiya Oyunlarda 300-ə qədər idmançı ilə təmsil olunmağı planlaşdırır.

Bu barədə azerisport-un yaydığı xəbərdə bildirilir ki, Rusiya Milli Olimpiya Komitəsinin nümayəndəsi İqor Kazikov “Ves sport”a müsahibəsində demişdir ki, bugünə qədər Oyunların proqramına daxil olan 20 növdən 11-də 200-dən artıq rusiyalı Avropa Oyunlarına seçilib. Gözlənildiyinə görə, Bakıda 300 idmançımız çıxış edəcək. Rusiya nümayəndə heyətinin ümumi tərkibi isə 600 nəfərə qədər olacaq.

İ.Kazikov daha sonra demişdir: – Avropa Oyunları proqramına bir sıra qeyri-olimpiya növləri daxil edilmişdir. Bunlar sambo, karate, aerobika, çimərlik futbolu, basketbol (3x3), habelə bir paralimpiya idman növü – görmə qabiliyyəti zəif olanlar arasında cüdo yarışlarıdır. Bununla əlaqədar biz Rusiya Paralimpiya Komitəsi, milli və qeyri-olimpiya idman növləri komitələri ilə danışıqlar aparırıq. İstəyirik ki, Rusiya yığma  komandasının hazırlığında səyləri birləşdirə bilək. Belə ki, bu növlərdə 35 dəst medal uğrunda mübarizə aparılacaq”.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında