Bakıda Avropa Şurası idmana məsul nazirlərin 18-ci qeyri-formal konfransı keçirilmişdir

Sentyabrın 22-də Bakıda Avropa Şurası idmana məsul nazirlərin 18-ci qeyri-formal konfransı keçirilmişdir.
Konfransın işində Avropa Şurasının idman sahəsinin baş direktorluğunun direktoru Qabriela Battaini-Draqoni, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, Macarıstan, ümumilikdə isə 35 ölkəni təmsil edən idman nazirləri və rəsmiləri, xarici ölkələrin ölkəmizdəki səfirləri iştirak etmişlər.
Açılış mərasimində çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev ölkəmizdə idmanın inkişafı sahəsində əldə edilən uğurlardan danışmışdır. O demişdir ki, Gənclər və İdman Nazirliyinin Milli Olimpiya Komitəsi ilə birgə səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan idmanı çox böyük nailiyyətlər qazanmışdır.
Ölkəmizdə idmanın inkişafının Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründən başladığını deyən E.Əfəndiyev Azərbaycanın idman potensialının ildən-ilə gücləndiyini söyləmişdir. O demişdir ki, bu gün idman Azərbaycanın ictimai həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Bu gün Azərbaycan cəmiyyətində idmançılara böyük hörmət bəslənildiyini qeyd edən E.Əfəndiyev onların beynəlxalq arenalarda yüksək nəticələr göstərməsinin gənclərin idmana marağının artmasına səbəb olduğunu söyləmişdir. E.Əfəndiyev Azərbaycanın stabil sosial iqtisadi vəziyyətinin idmanın sosial bazasının da güclənməsinə səbəb olduğunu, ölkəmizdə 27 Olimpiya idman kompleksinin inşa olunduğunu, yaxın gələcəkdə daha 9 kompleksin tikiləcəyini söyləmişdir. Azərbaycanın idman sahəsində Avropa Şurası ölkələri ilə sıx əməkdaşlıq etdiyini qeyd edən E.Əfəndiyev bu konfransın Avropa ölkələrinin idman sahəsində əməkdaşlığına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Tədbirdə Avropa Şurası Baş katibinin müavini Mod de Bukikkionun müraciəti videogörüntü vasitəsilə yayımlanmışdır.
Avropa Şurası Nazirlər Komitəsinin nümayəndəsi, Makedoniyanın Gənclər və İdman Agentliyinin sədri Dime Spasov isə çıxışında idmana məsul nazirlərin birgə əməkdaşlığının bir sıra məsələlərə, o cümlədən idmançılara vizaların verilməsi, danışılmış oyunlar və irqi ayrı-seçkiliyin qarşısının alınmasına töhfə verə biləcəyini söyləmişdir. O, konfransın bu sahədə əhəmiyyətli olacağına əminliyini bildirmişdir.
Avropa Şurası Parlament Assambleyasının gənclər və idman üzrə altkomitəsinin sədri Sesiliya Kiaveney idmanın ölkələrin müxtəlif sahələrdə əməkdaşlığında, irqi ayrı-seçkiliyin aradan qaldırılmasında, habelə lokal və regional münaqişələrin həlli istiqamətində oynadığı roldan danışmışdır.
Konfransın birinci hissəsində "Oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini və bütövlüyünü qoruyub saxlamaq", ikinci hissəsində isə Ümumavropa idman əməkdaşlığı mövzuları üzrə müzakirələr aparılmışdır. Bundan əlavə anti-dopinq Konvensiyası və idman oyunları, futbol oyunları zamanı tamaşaçılar tərəfindən nalayiq hərəkətlər və zorakılığa qarşı mübarizə Konvensiyasının da monitorinqi müzakirə edilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında