Penaltilərlə qələbə və beşinci yer

Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandası Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr edilən ənənəvi beynəlxalq turnirdə çıxışlarını beşinci yerdə başa vurmuşdur.

Gənc futbolçularımız Peterburqski İdman-Konsert Kompleksində keçirilən sonuncu görüşdə Belarus komandası ilə qarşılaşmış və gərgin oyunda çətin qələbə qazanmışlar. Görüş 1:1 hesabı ilə başa çatdığından qalibi 11 metrlik zərbələr seriyasının köməyi ilə müəyyənləşdirmək lazım gəlmişdir. Azərbaycan yığması penaltiləri daha dəqiq yerinə yetirmişdir -5:4.

Əgər xatirə  turnirinin mükafatları uğrunda 18 komandanın mübarizə apardığını nəzərə alsaq, Azərbaycan kollektivinin tutduğu beşinci yeri yaxşı nəticə hesab edə bilərik.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında