Ukraynalı mütəxəssis: Avropa Oyunlarında işləyəcəyimi bildikdə qəlbimdə xoş hisslər oyandı

İyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunları yaxınlaşdıqca qarşıdakı yarışlara qitənin hər yerində böyük maraq göstərildiyi barədə, demək olar, hər gün yeni-yeni məlumatlar alırıq.

 Budur, Oyunlarda işləmək üçün Avropa Triatlon İttifaqının (ETU) Texniki Komitəsinin tərkibinə daxil edilən ukraynalı mütəxəssis Leonid Mogilevski bu növ üzrə startlardan gözləntiləri haqqında danışarkən sevincini gizlətməmişdir:

– İndiyə qədər heç vaxt Bakıda olmamışam. Yalnız onu deyə bilərəm ki, Avropa Oyunlarında işləyəcəyimi bildikdə qəlbimdə xoş hisslər oyandı. Mənim qitə çempionatlarında, Dünya və Avropa kuboku yarışlarında iş təcrübəm var. Azərbaycan paytaxtında startlar tamamilə yeni səviyyəli yarışlar olacaq.

Avropa Triatlon İttifaqının başqa bir nümayəndəsi, İnkişaf Komitəsinin rəhbəri Sen-Jan Bernard isə ETU-nun saytına müsahibəsində Bakıda Avropa Oyunlarının mühüm əhəmiyyətini qeyd etmişdir:

– Ötən il bizim idman növümüz üçün uğurlu oldu. Yeni mövsüm daha maraqlı hadisələr vəd edir. Biz Bakıda tarixdə ilk rəsmi Avropa Oyunlarının şahidi olacağıq. Oyunları böyük səbirsizliklə gözləyirik.

Artıq xəbər verdiyimiz kimi, Avropa Oyunlarının triatlon yarışları iyunun  13-14-də keçiriləcək və bu növ üzrə startların qalibləri gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Bu arada Beynəlxalq Triatlon İttifaqı 2015-ci il yanvarın 7-nə olan vəziyyətə görə reytinq cədvəlini dərc etdirmişdir. İspaniyalı Xavyer Qomesin (1793, 22 xal) baçılıq etdiyi siyahıda Azərbaycan idmançısı Rostislav Pevtsov 1793,22 xalla dünyada 40-cı mövqedədir.

Avropa Oyunlarının bu ilin ən mötəbər idman hadisələrindən biri hesab olunduğuna belə bir fakt da sübutdur ki, artıq digər ölkələr də öz şəhərlərinin ikinci Oyunlara namizədliklərini nəzərdən keçirirlər. Məsələn, azerisport-un Hollandiya mətbuatına istinadla yaydığı xəbərə görə, bu ölkənin Utrext şəhər rəhbərliyinin nümayəndəsi Pol Yanssen bildirmişdir ki, onlar 2019-cu ildə Avropa Oyunlarını keçirmək üçün hökumətdən dəstək almaq məqsədilə müzakirələrə başlayıblar. Bununla əlaqədar Yanssen belə demişdir: – Avropa Oyunlarını Avropada Olimpiada adlandırmaq olar. Bu, yeni və həqiqətən, böyük tədbirdir. Hollandiyada Avropa Oyunları ölkəmizin tarixində ən mötəbər  idman hadisələrindən biri ola bilər. Mən hesab edirəm ki, biz Avropa Oyunlarının öz  ölkəmizdə keçirilməsinə nail olmağa çalışmalıyıq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında