Azərbaycan güləşçiləri Avropa Oyunlarına hazırlığa başlamışlar

Ötən ili yüksək göstəricilərlə başa vurmuş Azərbaycanın sərbəst və yunan-Roma güləşi komandaları 2015-ci ildə də böyük qələbələr qazanmaq əzmindədirlər. “Sərbəstlər” və “klassiklər” artıq yeni ilin yarışlarına, xüsusən də əhəmiyyətinə görə ilin ən mötəbər idman hadisəsi birinci Avropa Oyunlarına hazırlığa başlamışlar.

Sərbəst güləşənlər təlim-məşq toplanışlarına  dünən Rusiyanın Kislovodsk şəhərində start vermişlər. İki həftədən də çox davam edəcək toplanışa yanvarın 24-də yekun vurulacaqdır. Yunan-Roma üsulu ilə güləşənlər isə Bakıdakı Olimpiya Güləş Mərkəzində məşğul olurlar.

Bu toplanışlar güləşçilərimiz üçün ilin ilk sınağı, Parisdə keçiriləcək “Qran-Pri” turnirinə yüksək səviyyədə hazırlaşmaqda faydalı olacaq.

Qaliblər Dünya kuboku turnirinə və Avropa çempionatına vəsiqə qazanacaqlar

Bakıda kişilər arasında şahmat üzrə növbəti Azərbaycan çempionatına start verilmişdir. Yarışın mükafatları uğrunda 22 rəqib mübarizə aparır. Reytinqə görə iştirakçıların siyahısına Rauf Məmmədov (2642) başçılıq edir. İkinci-üçüncü pillələrdə Eltac Səfərli və Vasif Durarbəyli (hər ikisi 2635) yer almışlar.

Çempionat İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir. Qalib və mükafatçılar yanvarın 15-də məlum olacaq. Turnirin ümumi mükafat fondu 5000 manatdır.

Ən başlıcası isə Azərbaycan birinciliyinin qalib və mükafatçıları bu il keçiriləcək Dünya kuboku turnirinə və Avropanın şəxsi çempionatına vəsiqə qazanacaqlar. Yeri gəlmişkən, Dünya kuboku yarışı Bakıda təşkil olunacaq və artıq Beynəlxalq Şahmat Federasiyasının (FİDE) saytında göstərildiyi kimi, sentyabrın 10-da başlanıb oktyabrın 4-də finişə çatacaq. Şübhəsiz, Dünya kuboku turnirinin iştirakçıları arasında Azərbaycanın ən yüksək reytinqə malik şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da olacaqlar.

Azərbaycan çempionatının birinci turunda yeddi iştirakçı Rauf Məmmədov, Vasif Durarbəyli, Pərviz Qasımov, Ülvi Bacarani, Vüqar Rəsulov, Zaur Məmmədov və İsmayıl Şahəliyev öz görüşlərini qələbə ilə başa çatdırmışlar. Dünən isə ikinci turun oyunları keçirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında