İdman xəbərləri

Bədii gimnastların dünya çempionatında
Moskvanın "Olimpiyski" İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 30-cu dünya çempionatında təsnifat yarışlarının birinci günü Azərbaycan idmançıları Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva halqa ilə təmrinlərin yerinə yetiriliməsində öz proqramlarını nümayiş etdirmişlər. Qarayeva hərəkəti inamla icra edərək 27,275 xalla liderlik etməyə başlamışdır.
Bu növ üzrə komanda yarışlarında isə Azərbaycan yığması (79,125 xal) Rusiyadan (84,675) sonra ikinci olmuşdur. Üçüncü yeri Ukrayna gimnastları (78,825) tutmuşlar.
İp və halqa ilə yarışlara dünən yekun vurulmalı idi. Bu gün və sabah isə dünya çempionatının iştirakçıları top və lentlə hərəkətləri yerinə yetirəcəklər.

{nl}

Medallar Antalyada oynanılır
Türkiyənin Antalya şəhərində ağırlıqqaldırma üzrə 78-ci dünya çempionatı davam edir. Artıq bir neçə çəki dərəcəsində medallar öz sahiblərini tapmışdır.
Xəbər verildiyi kimi, Azərbaycan idmançıları arasında birinci olaraq mübarizəyə qoşulan Silviya Angelovanın (48 kq) və Elmar Əliyevin (56 kq) fəxri kürsüyə yüksəlmək cəhdləri baş tutmamışdır.
Dünən axşam daha iki təmsilçimiz yarış meydanına dəvət olunmuşdur. Əfqan Bayramov və Sərdar Həsənovu 69 kq çəki dərəcəsində güclü rəqiblərlə gərgin mübarizə gözləyirdi. Bu gün ustalığını nümayiş etdirmək növbəsi Turan Mirzəyevə (77 kq) çatacaq. Növbəti günlərdə isə digər ağırlıqqaldıranlarımız "səhnəyə" çıxacaqlar.

{nl}

O.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında