Beynəlxalq turnirdə uğurlu start

Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandası yeni ildə çıxışlarına inamla başlamışdır. Həmyerlilərimiz Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr edilən ənənəvi beynəlxalq turnirdə ardıcıl iki qələbə sayəsində növbəti mərhələdə yarışın mükafatları uğrunda mübarizəni davam etdirmək hüququ qazanmışlar.

İlkin mərhələdə “F” qrupunda çıxış edən Azərbaycan yığması start görüşündə Yaponiya kollektivini yeganə qolla məğlubiyyətə uğratdıqdan (1:0) sonra Rusiyanın ikinci komandasını sınağa çəkmiş və bu dəfə daha məhsuldar oyun nümayiş etdirmişdir – 4:2.

Bu qələbələr komandamızı qrupun qalibi kimi ikinci mərhələyə çıxarmışdır. Növbəti rəqiblərimiz müvafiq surətdə “D” və “E” qruplarında birinci yeri tutmuş Sankt-Peterburq və Cənubi Koreya yığmaları olacaq.

Hər iki oyun ­Peterburq İdman-Konsert Kompleksində keçiriləcək. Azərbaycanlı yeniyetmələr bu gün turnir sahibləri Sankt-Peterburq futbolçuları ilə qarşılaşacaq, sabah isə Cənubi Koreya komandası ilə görüşəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında