“Bakı 2015”: Açılışa 5 ay və 1 həftə qalır

Bu il Bakıda keçiriləcək  birinci Avropa Oyunlarına bir qədər də yaxınlaşmışıq. İndi qitəmizin idmançılarının ilk ali yarışından bizi cəmi 5 ay və 1 həftəlik məsafə ayırır.

İyunun 12-nə təyin edilmiş oyunların təntənəli açılış mərasiminin tərkarolunmaz bir bayrama çevriləcəyini hamı səbirsizliklə gözləyir.

Açılış mərasimi artıq, bildiyiniz kimi, tikintisi  başa çatdırılmaqda olan Bakı Olimpiya Stadionunda keçiriləcəkdir. Bunun təkcə Avropada deyil, bütün dünyada möhtəşəm bir arena olacağı heç kimdə şübhə doğurmur. Bu günlər stadionun yaxınlığından keçənlər onun çox əzəmətli olacağını bir daha yəqin edirlər. Stadionun ərazisində aparılan tikinti-abadlıq işlərində daim böyük canlanma vardır.

Olimpiya stadionunda açılış mərasiminin ertəsi günü isə Bilgəh çimərliyində oyunların proqramında ən maraqlı növlərdən biri hesab edilən triatlon yarışlarının iştirakçıları starta dəvət olunacaq. Onlar 1500 metr məsafəyə üzgüçülük, 40 kilometr məsafəyə velosipedsürmə və 10 kilometr məsafəyə qaçış yarışlarında medallar uğrunda mübarizə aparacaqlar. Ən başlıcası isə triatlonçuların iki gün davam edəcək startlarının qalibləri 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına  birbaşa lisenziya qazanacaqlar.

Bu arada Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer milli federasiyalara özünün Yeni il təbrikində qarşıdakı mövsümdən gözləntiləri haqqında danışarkən birinci Avropa Oyunlarını xüsusi qeyd etmişdir:

– 2015-ci il bizim üçün mühüm hadisələrlə zəngin olacaq. Əlbəttə, ilk növbədə Azərbaycanda keçiriləcək Avropa Oyunlarını qeyd etmək lazımdır. “Köhnə dünya” nəhayət, öz yarışlarını keçirməyə başlayır. Mən əminəm ki, Avropa Oyunlarında voleybol, çimərlik voleybolu minlərlə azarkeşin diqqətini cəlb edəcək. Şübhə etmirəm ki, bu, çox maraqlı yarışlardan biri olacaq.

Həqiqətən, qitəmizin idman hərəkatında yeni dövr-Avropa Oyunları dövrü başlanır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında