Azərbaycan Gənclər və İdman Nazirliyi Belarus, Makedoniya və Ukraynanın müvafiq nazirlikləri ilə əməkdaşlıq müqaviləsi imzalamışdır

Sentyabrın 21-də Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə bir sıra xarici ölkələrin müvafiq nazirlikləri arasında əməkdaşlıq müqavilələri imzalanmışdır.
Müqavilələrin imzalanma mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, nazir müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov, Belarusun idman və turizm naziri Oleq Kaçan, Ukraynanın ailə məsələləri, gənclər və idman naziri Ravil Safiullin, Makedoniya gənclər və idman agentliyinin sədri Dime Spasov iştirak etmişlər.
Gənclər və idman naziri A.Rəhimov ilk dəfə Azərbaycanda keçiriləcək Avropa Şurası idman nazirlərinin toplantısından danışmış, tədbirin əhəmiyyətini vurğulamış və idman sahəsində mühüm mövzuların müzakirə olunacağını bildirmişdir. Bu toplantı Avropa ölkələri idman nazirlikləri arasında sıx əməkdaşlıq yaradacağına, idmanda geniş münasibətlərin formalaşmasına təkan verəcəkdir.
Tədbirdə ilk olaraq Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Belarus İdman və Turizm Nazirliyi arasında "Bədən tərbiyəsi və idman sahəsində 2011-2012-ci illər üçün əməkdaşlıq Proqramı" imzalanmışdır. Sənədi A.Rəhimov və O.Kaçan imzalamışlar.
Gənclər və İdman Nazirliyi ilə Ukrayna Ailə məsələləri, Gənclər və İdman Nazirliyi arasında müvafiq müqaviləni A.Rəhimov və R.Safiullin imzalamışlar.
Bundan başqa, Makedoniya gənclər və idman agentliyi ilə də müqavilə imzalanmışdır.
Tədbirdə, həmçinin Belarus və Ukrayna, Moldova və Belarusun müvafiq nazirlikləri arasında da sənədlər imzalanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında