Bakıda Avropa İdman Güləşi Federasiyasının konfransı

Güləş üzrə Avropa çempionatı ərəfəsində, aprelin 12-də Bakıda Avropa İdman Güləşi Federasiyasının (CELA) illik konfransı keçirilmişdir. Konfransın işində Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti, CELA-nın prezidenti Tseno Tsenov, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev, FİLA-nın baş katibi Mişel Düsson, Türkiyə GF prezidenti Osman Aşkın Bak, Dağıstan GF prezidenti Əbdülsəməd Həmidov, Gürcüstan GF prezidenti Kaka Getsadze, Bolqarıstan GF prezidenti Valentin Cordanov, Rusiya GF vitse-prezidenti Adlan Varayev, həmçinin FİLA-nın və CELA-nın büro üzvləri iştirak etmişlər.
2010-cu ildə Avropa çempionatlarının "ev sahibi" olan ölkələr - Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina yarışların keçirilmə şəraiti barədə konfrans iştirakçılarına qısa məlumat vermişlər.
CELA-nın prezidenti Tseno Tsenov bildirmişdir ki, 2009-cu ildən fəaliyyət göstərən Beynəlxalq FİLA və CELA Mərkəzi Avropa federasiyalarını təmsil edən 10-15 güləşçinin 70 gün ərzində Mərkəzdə olması ilə əlaqədar bütün xərcləri öz üzərinə götürür.
Mərkəzdə Çernoqoriyadan olan idmançılar üçün məşq düşərgələri təşkil edilmiş, Serbiya, Bosniya və Herseqovina federasiyalarına maliyyə köməyi göstərilməsi qərara alınmışdır. Bundan əlavə, Mərkəzdə olimpiya kateqoriyalı hakimlər üçün təcrübə kursları təşkil edilməsi nəzərdə tutulur.
Tseno Tsenov 2009-cu ildə güləşçilərin beynəlxalq transferi barədə rəqəmləri açıqlamışdır.
FİLA-nın prezidenti Rafael Martinetti London Olimpiadasında iştirak etmək üçün qitə lisenziya turnirləri keçirilməsini təklif etmişdir. FİLA və CELA isə milli federasiyaların seçmə turnirlərin öz ölkələrində keçirilməsinə kömək edəcəklər. Martinetti FİLA- nın Bolqarıstan, Albaniya, Polşa, Rusiya, Macarıstan və Türkiyə federasiyaları ilə əməkdaşlığının yüksək səviyyəsini qeyd etmişdir.
Konfransda Avropa Federasiyası Şurasının 2009-cu ildə fəaliyyəti barədə CELA prezidentinin hesabatı, keçən il üçün maliyyə hesabatları, 2010-cu ildə fəaliyyətin prioritetləri də dinlənilmiş, 2010-cu ildə Avropa Klub Kuboklarının təşkil edilməsi məsələləri və kubokların proqramları, habelə Sofiyada yerləşən Beynəlxalq Güləş Mərkəzinin qarşısında duran vəzifələr müzakirə edilmişdir.
2011-2012-ci illərdə dünya və Avropa çempionatlarının keçirilməsi üçün ölkələrin namizədliyi bu il sentyabr ayında Moskvada keçiriləcək dünya birinciliyində təsdiq ediləcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında