İdman ilinin qalibləri

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mütəxəssisləri başa çatmaqda olan 2014-cü ildə ölkənin ən yaxşı 10 idmançısını, habelə iki komandasını müəyyənləşdirmişlər.

İdman ilinin qaliblərinin siyahısına sərbəst güləş ustası, bu il dünya və Avropa çempionu adını qazanmış Hacı Əliyev başçılıq edir. Siyahıda ikinci mövqedə digər güləşçi, qadınlar arasında Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısı Mariya Stadnik yer almışdır. Birinci üçlüyü qadın boksçu, Avropa çempionu və dünya çempionatının bürünc medalının sahibi Yelena Vıstropova  tamamlayır. 

İlin qalan ən güclü yeddi idmançısı kikboksinq üzrə dünya və Avropa çempionu Eudard Məmmədov, bədii gimnastika üzrə bir sıra mötəbər beynəxalq  yarışlarda uğurla çıxış etmiş Marina Durunda, dünya  və Avropa çempionatlarının mükafatçısı, sərbəst üsulla güləşən Xetaq Qazyumov, taekvondo üzrə Avropa çempionu Radik İsayev, kunq-fu üzrə dünya və Avropa çempionu Fərid Mayılov, yunan-Roma güləşində dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Çunayev və cüdo üzrə Avropa çempionatının mükafatçısı Elmar Qasımovdur. 

Dünya çempionatının final mərhələsində dörd qələbə qazanmış Azərbaycanın qadınlardan ibarət milli voleybol kollektivi ilin ən yaxşı idman komandası, UEFA Avropa Liqası yarışlarının qrup mərhələsində uğurla çıxış etmiş və yalnız hakimlərin ədalətsiz qərarı üzündən pley-off görüşlərindən kənarda qalmış Ağdamın “Qarabağ” klubu isə ən yaxşı futbol komandası hesab edilmişdir.

Qalibləri təbrik edir və onlara tarixdə ilk dəfə keçiriləcək “Bakı 2015” Avropa Oyunları ilində də Azərbaycan idmanına yeni-yeni nailiyyətlər qazandırmağı arzulayırıq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında