Azərbaycan gələcəkdə olimpiya oyunlarına ev sahibliyi etmək iqtidarındadır

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycana gəlmişdir.
Avropalı qonaq səfərinin ilk günündə - sentyabrın 21-də Azərbaycan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə ilə birlikdə mətbuat konfransı keçirmişlər.
Patrik Hikki demişdir ki, bu, mənim Azərbaycana üçüncü səfərimdir. Sonuncu dəfə mən sizin ölkənizdə 4 il əvvəl olmuş, həmin vaxt Masallı Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdim. İlk səfərim zamanı gördüklərimlə müqayisədə bu gün Azərbaycanın xeyli dəyişməsinin, ölkənizin tərəqqi etməsinin və gözəlləşməsinin şahidi oldum. Dünən Çingiz Hüseynzadə ilə birlikdə Bakının füsunkar guşələrindən sayılan Dənizkənarı Milli Parkda olduq. O, mənə parkın layihəsini göstərdi. Yarım saatdan artıq Dənizkənarı Milli Parka tamaşa etdim. Bakının gözəlliyinə valeh oldum.
Qonaq burada həm Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqeni, həm də Avropa Olimpiya Komitəsini təmsil etdiyini diqqətə çatdırmışdır. O, Sinqapurda keçirilmiş Birinci Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının nəticələrini xüsusilə yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Vətənə 8 medalla qayıtmaq Azərbaycan idmançıları üçün böyük uğurdur.
Avropa Olimpiya Komitəsinin prezidenti gələcəkdə Azərbaycanın Olimpiadaya ev sahibliyi etmək iqtidarında olduğunu qeyd etmişdir: "Azərbaycan kifayət qədər beynəlxalq yarışlara, dünya və Avropa çempionatlarına ev sahibliyi etmişdir. 2016-cı ildə Olimpiadaya ev sahibliyi etmək üçün Azərbaycan da namizədliyini irəli sürmüşdü. Bu, ölkəniz üçün müsbət haldır. Azərbaycanda idman infrastrukturu inkişaf edir və daim dövlətin qayğısı ilə əhatə olunur. Olimpiya Oyunlarına ev sahibliyi etməyə nail olmaq üçün əvvəlcə Avropa Yeniyetmələrinin Olimpiya Festivalı kimi nisbətən kiçik tədbirlərdən başlamaq, sonra isə tədricən Yay Olimpiya Oyunlarının təşkilinə nail olmaq mümkündür. Bu, mənim şəxsi fikrimdir. Əlbəttə, hər şey məndən asılı olsaydı, çox istərdim Bakıda da Olimpiya oyunları keçirilsin".
Azərbaycan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə 2011-ci ildə gənclərin Trabzonda keçiriləcək Avropa Olimpiya Festivalı barədə məlumat vermişdir. O, böyüklərlə müqayisədə gənclər və yeniyetmələrin lisenziya qazanması ilə bağlı proqnoz verməyin çətin olduğunu söyləmişdir. Bildirmişdir ki, bu gün biz Türkiyədə hansı idmançılarımızın iştirak edəcəklərini dəqiq deyə bilmərik. Bununla bağlı federasiyalarda hazırlıq işləri gedir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında