"Gəncə": beşinci oyunda da 1:1

Unibank Premyer Liqası. 6-cı tur. "Muğan" - "Xəzər-Lənkəran" - 0:0, "Gəncə" - "Turan" - 1:1, MOİK - "Neftçi" - 0:4, "Qəbələ" - "İnter" - 0:1, "Simurq" - "Bakı" - 1:1, "Qarabağ" - AZAL - 0:0.
Bu nəticələrdən də göründüyü kimi, tur ilk növbədə heç-heçələrin çoxluğu ilə yadda qalacaq. Altı oyundan dördündə rəqiblərin meydandan qalib ayrılmaq cəhdləri baş tutmamış, onlar hərəyə bir xalla kifayətlənməli olmuşlar. Bir neçə illik fasilədən sonra yenidən Azərbaycan futbolunun ən güclü klubları ilə bir sırada mübarizə aparmaq hüququ qazanmış "Gəncə"nin evdə və ya səfərdə çıxış etməsindən asılı olmayaraq ardıcıl beşinci görüşdə də eyni hesabla (1:1) heç-heçə oynaması diqqəti cəlb etməyə bilməz. Razılaşın ki, belə hallara heç də tez-tez təsadüf olunmur.
Hesabat turu ərəfəsində "Neftçi" ilə eyni miqdarda xal toplayıb yalnız topların fərqinə görə ondan geri qalan "Xəzər-Lənkəran"ın Salyanda yerli "Muğan"ın müqavimətini qıra bilməməsi isə MOİK-i böyük hesabla məğlubiyyətə uğradan bakılılara vahid lider olmaq imkanı vermişdir.
"Neftçi"nin çempionatda beşinci qələbəsində onun hücumçusu Bahodir Nasimovun yenə də əməyi böyük olmuşdur. OMİK bu futbolçunun dəqiq zərbələrindən sonra iki dəfə topu öz qapısında görmüşdür. Nasimovun hesabında artıq doqquz qol vardır və o, ən məhsuldar oyunçuların siyahısında ikinci yerdə olan Qvidas Yuşkadan (AZAL) beş top irəlidədir.
O Q H M T X
1. "Neftçi" 6 5 1 0 14-1 16
2. "Xəzər-Lənkəran" 6 4 2 0 7-0 14
3. "İnter" 6 4 1 1 6-2 13
4. AZAL 6 3 2 1 7-5 11
5. "Muğan" 6 1 3 2 5-6 6
6. "Qarabağ" 4 1 2 1 2-2 5
7. "Bakı" 5 1 2 2 6-7 5
8. "Gəncə" 5 0 5 0 5-5 5
9. "Qəbələ" 6 1 1 4 2-6 4
10. MOİK 6 1 1 4 3-11 4
11. "Turan" 6 0 3 3 4-9 3
12. "Simurq" 6 0 3 3 5-12 3
Yeddinci turun oyunları sentyabrın 25-26-da keçiriləcəkdir. Qarşıdakı şənbə gününə təyin edilmiş "Xəzər-Lənkəran" - "Neftçi" görüşü təkcə vahid liderin və onun ən yaxın izləyicisinin pərəstişkarlarının deyil, Azərbaycanın bütün futbol ictimaiyyətinin diqqət mərkəzində olacaq. Görək "böyük oyun"da qələbə kimin üzünə güləcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında