Millimiz dünya çempionatına 29 idmançı ilə qatılacaq

Sentyabrın 20-dən 26-dək Serbiyanın Belqrad şəhərində Kikboksinqin WAKO versiyası üzrə gənclər və yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.
Məşqçilər Hikmət Hacıyev və Rahim Allahverdiyev başçılıq etdiyi yığmanın heyətinə 29 idmançı, o cümlədən ötən il WAKO Avropa və WPKA dünya çempionu, 63 kq çəki dərəcəsində yarışacaq Ramil Həsənov və 2009-cu il WAKO Avropa çempionatının finalçısı 42 kq Ruslan Musayev də daxildir.
Qeyd edək ki, yığmamız hazırlığa 2 ay əvvəl start verib. Komandamız DİN-nin "Dinamo" İdman Cəmiyyətində məşq edib. Yığmamız yarışda Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov və millinin rəisi Sadıx Bağırovun rəhbərliyi altında çıxış edəcəklər. Komandamız artıq Belqrad şəhərinə yola düşüb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında