“Lokomotiv” dörddəbir, “Azərreyl” səkkizdəbir finalda

Azərbaycanın qadınlardan ibarət “Lokomotiv” və “Azərreyl” voleybol komandaları qitəmiqyaslı yarışlarda yollarına davam edəcəklər. Hər iki klubumuz ilkin mərhələ sədlərini uğurla dəf etmişdir.

Avropa Voleybol Konfederasiyasının kuboku turnirində mübarizə aparan “Lokomotiv” növbəti mərhələdə oynamaq məqsədinə daha asanlıqla nail olmuşdur. Belqradda Serbiyanın “Srvena Zvezda” komandası ilə səkkizdəbir finalın ilk oyununda 3:0 hesabı ilə qələbə qazanan bakılılar paytaxtımızda cavab görüşündə də elə bir çətinlik çəkmədən qalib gəlmişlər - 3:1. İndi komandamız dörddəbir final oyunlarına hazırlaşacaqdır. Gələn ilin yanvar ayında keçiriləcək bu mərhələnin görüşlərində “Lokomotiv” Rusiyanın “Dinamo” (Krasnodar) klubu ilə qarşılaşacaq.

“Azərreyl” isə “Çellenc kuboku” yarışlarının 1/16 final mərhələsinin cavab görüşündə rəqib meydanında İsveçrənin “Voley Kenits” komandasına 1:3 hesabı ilə uduzsa da, bu nəticə Azərbaycan paytaxtı voleybolçularının səkkizdəbir finala vəsiqə qazanmalarına mane olmamışdır. Belə ki, Bakıda ilk oyunda təmsilçimiz daha inamlı qələbəyə sevinmişdi-3:0. Səkkizdəbir finalda “Azərreyl”i Norveçin “Stod Voley” komandası ilə oyunlar gözləyir.

Bu arada məlum olmuşdur ki, gələn il yanvarın əvvəllərində Antalyada “Qloriya Cup” beynəlxalq turniri keçiriləcək və bu yarışın iştirakçıları arasında Bakının “ Azəryol” komandası da olacaq.

  Azərbaycan voleybolçuları turnirdə “Vakıfbank” (Türkiyə), “Volero” (İsveçrə) və “Maribor” (Slovenia) klubları ilə görüşəcəklər.

“Azəryol” ilk oyunu yanvarın 3-də “Vakifbank”a qarşı keçirəcək, sonrakı iki gündə isə “Volero” və “Maribor”la görüşəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında