Teymur Rəcəbov Ümumdünya İntellektual Oyunlarının ikiqat mükafatçısıdır

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov hər ilin dekabr ayında Çin Xalq Respiblikasının paytaxtı Pekində keçirilən və artıq ənənəyə çevrilmiş Ümumdünya İntellektual Oyunları çərçivəsində sürətli şahmatın blits növü üzrə turniri bürünc mükafatla başa vurmuşdur.

Təmsilçimiz 16 rəqibin iki dövrədə mübarizə apardığı 30 turdan ibarət yarışda 18 xal toplamışdır.

Rəcəbov son dörd turda xüsusilə yaxşı oynayaraq kubalı Lenyer Domingesə və fransız Etyen Bakroya qalib gəlmiş, həmvətəni Şəhriyar Məmmədyarov və çinli Van Hao ilə görüşlərdən heç-heçə ilə ayrılmışdır. Bu görüşlərdə qazanılan 3 xal sayəsində şahmatçımız üçüncü yeri tutmuş və dördüncü nəticə göstərən Levon Aronyanı (Ermənistan) yarım xal qabaqlamışdır.

Turnirin qalibi isə 19,5 xalla Aleksandr Qrişuk (Rusiya) olmuşdur. Gümüş medalın sahibi Maksim Vaşye — Laqrav (Fransa) ondan bir xal geri qalmışdır. Yarışı 17 xalla başa vuran Şəhriyar Məmmədyarov ukraynalı Vasili İvançuk və rusiyalı Yan Nepomnyaşi ilə beş-yeddinci yerləri bölüşdürmüşdür.

Ertəsi gün Pekində daha bir turnirə start verilmişdir. Bu dəfə rəqiblər eyni vaxtda bir-birinə qarşı iki taxtada həm ağ, həm də qara fiqurlarla oynamışlar. Turnirin qalibi Nepomnyaşi olmuşdur—7,5 xal. Rəcəbov 6 xal toplayaraq gümüş medal qazanmışdır. Maksim Vaşye-Laqrav və Məmmədyarov da onunla eyni nəticə göstərmiş, lakin əlavə göstəricilərə görə müvafiq surətdə üçüncü-dördüncü yerləri tutmuşlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında