Azərbaycan çempionatının ən yaxşı güləşçiləri

“Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında sərbəst güləş üzrə Azərbaycan çempionatına yekun vurulmuşdur. İki gün davam edən yarışda idman həvəskarları maraqlı və gərgin görüşlərin şahidi olmuşlar.

İlin finişində ölkənin ən yaxşı güləş ustalarının qüvvəsinə son baxışa çevrilən çempionatda Yaşar Əliyev (57 kq), Cəlal Süleymanov (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Xetaq Qazyumov (97 kq)  və Cəmaləddin Məhəmmədov (125 kq) daha yaxşı hazırlıq nümayiş etdirərək bütün rəqiblərinə qalib gəlmiş və fəxri kürsünün zirvəsində qızıl medalların sevincini yaşamışlar.

“Sərbəstlər” qalib və mükafatçıları müəyyənləşdirdikdən sonra xalça üzərinə yunan-Roma üsulu ilə güləşənlər dəvət olunmuşlar.  Bu növdə turnirin birinci günü üç çəki dərəcəsində görüşlər keçirilmişdir. Çempion adını Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq) və Rüstəm Əliyev (71 kq) qazanmışlar.

“Klassiklərin” çempionatı dünən digər çəki dərəcələrində görüşlərlə davam etdirilmişdir.

 Məğlubiyyətə baxmayaraq

Ötən şənbə və bazar günləri Topaz Premyer Liqasında keçirilmiş 15-ci turun görüşlərində hakimlər aşağıdakı nəticələri qeydə almışlar: “Simurq”-“İnter”-1:1, “Bakı”-“Xəzər-Lənkəran”-0:0, “Qəbələ”-“Qarabağ”-2:1, “Neftçi”-“Sumqayıt”-3:2.

Ağdam klubu məğlubiyyətə uğramasına baxmayaraq, əvvəlkitək turnir cədvəlinin ən yüksək pilləsindədir. Liderin 28 xalı var. Hesabat turundan sonra xal ehtiyatını 26-ya çatdıran “Neftçi” ikinci mövqeyə yüksəlmişdir. Üçüncü yeri isə ondan bir xal geri qalan “İnter” tutur.

Növbəti oyunlar dekabrın 17-18-də keçiriləcəkdir: “Bakı”-AZAL, “Xəzər-Lənkəran”-“Qarabağ”, “Sumqayıt”-“Qəbələ” və “İnter”-“Neftçi”.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında