Biləsuvarda voleybol üzrə rayon birinciliyinə start verilib

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyi başlanıb. 

Rayondakı Olimpiya İdman Kompleksində keçirilən  açılış mərasimində  gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov, təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, rayonda yaradılmış voleybol idman klubunun rəhbəri, maliyyə idarəsinin rəisi Eldar Təhməzov çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi xüsisi diqqət və qayğı bu gün Biləsuvarın da idman həyatında hiss olunur. Ölkəmizdə idmanın inkişafında böyük rol oynayan dövlət proqramları həyata keçirilir, idmanın gənclər arasında kütləviliyi gündən-günə artır. Bu gün  başlanan yarışın da əsas məqsədi gəncləri idmana cəlb etmək, voleybol  üzrə rayonun yığma komandasını formalaşdırmaqdır.

Dövlət himni səsləndirildikdən sonra yarışlara start verilib. 24 ümumtəhsil məktəbi komandalarının qatıldığı yarışlar 7 gün davam edəcək və qaliblər mükafatlandırılacaq.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında