Mərkəzi görüşdə qolsuz heç-heçə

Topaz Premyer Liqasının 15-ci turunda daha böyük maraqla gözlənilən lider “Qarabağ”la buna qədər turnir cədvəlində onun ən yaxın izləyicisi olmuş “Neftçi”nin görüşündə hər iki tərəfin bütün səylərinə baxmayaraq, hesab açılmadı və rəqiblər hərəyə bir xalla kifayətlənməli oldular.

Turun qalan üç oyununda isə qələbə qeydə alınmışdır. “Xəzər-Lənkəran” elə bir çətinlik çəkmədən “Qəbələ”ni məğlubiyyətə uğradaraq, üç cavabsız qolla 3 xal qazanmış, “İnter”  gərgin oyunda AZAL-a yeganə qolla qalib gəlmiş (1:0), “Sumqayıt”ın “Simurq” üzərində qələbəsi də bir top fərqlə ifadə olunmuşdur (2:1).

 Bu turdan sonra 28 xala malik “Qarabağ” əvvəlkitək cədvəlin zirvəsində özünü inamlı hiss edir. İkinci pilləyə yüksələn “İnter”in hesabında 24 xal var, üçüncü yeri isə ondan bir xal geri qalan “Neftçi” tutur.

Təqvimdə dekabrın 13-14-nə təyin edilmiş 16-cı turda “Simurq”-“İnter”, “Bakı”-“Xəzər-Lənkəran”, “Neftçi”-“Sumqayıt” və “Qəbələ” – “Qarabağ” görüşləri keçiriləcəkdir. Buna qədər isə Ağdam klubu dekabrın 11-də  UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin sonuncu turunda özü üçün son dərəcə mühüm oyunda İtaliyanın “İnter” komandasını qəbul edəcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında