İdman xəbərləri

Bütün yollar Xantı-Mansiyskə aparır
Sentyabrın 20-dən oktyabrın 4-dək Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək 39-cu Ümumdünya Şahmat Olimpiadasının medalları uğrunda 158 kişi və 119 qadın komandasının mübarizə aparacağı gözlənilir. Onların hər biri 4 əsas və 1 ehtiyat oyunçudan ibarət olacaq. Rəqiblər 11 turda "münasibətləri aydınlaşdıracaqlar".
Reytinqə görə Olimpiada iştirakçılarının siyahısında 2694 xalla yeddinci olan Azərbaycanın kişilərdən ibarət komandası Xantı-Mansiyskdə Şəhriyar Məmmədyarov (2756), Teymur Rəcəbov (2748), Rauf Məmmədov (2660), Qədir Hüseynov (2611) və Eltac Səfərlidən (2607) ibarət heyətlə çıxış edəcək. Qadın komandamızın isə şərəfini Zeynəb (2234) və Türkan (2301) Məmmədyarovalar, Xəyalə İsgəndərova (2172), Gülnar Məmmədova (2293) və Nərgiz Umudova (2251) qoruyacaqlar. Bu komandamızın reytinqi 2270-dir və o, siyahıda 26-cıdır.
Ümumdünya Olimpiadasının medalları uğrunda mübarizədə kişi qrossmeysterlərimizin əsas rəqiblərinin də heyəti artıq məlumdur. Turnirin ən yüksək reytinqə malik iştirakçısı Rusiyanın birinci komandasına, xəbər verdiyimiz kimi, Vladimir Kramnik başçılıq edəcək. Onun komanda yoldaşları isə Aleksandr Qrişuk, Pyotr Svidler, Sergey Karyakin və Vladimir Malaxovdur.
Ukrayna və Çin yığmalarının liderləri müvafiq surətdə Vasili İvançuk və Van Haodur, Macarıstan kollektivinin birinci taxtasında Peter Leko oynayacaq, bolqarların siyahısına Veselin Topalov, ABŞ komandasına Hikaru Nakamura, İsrail yığmasına Boris Gelfand, ingilislərə Maykl Adams başçılıq edəcəklər və s.
Olimpiadanın açılış mərasimi sentyabrın 20-nə təyin edilmişdir. Ertəsi gün isə birinci turun matçları keçiriləcəkdir. İlk on "raund" Bakı vaxtı ilə saat 18-də başlanacaq, sonuncu, 11-ci tura isə saat 14-də start veriləcəkdir. Təşkilatçılar turnir iştirakçıları üçün sentyabrın 26-da və oktyabrın 2-də iki istirahət günü nəzərdə tutmuşlar.

{nl}

Altıncı tur starta çıxır
Bu gün üç oyunla Azərbaycan milli futbol çempionatının altıncı turuna start veriləcəkdir. Bu görüşlərdən ikisi beş turdan sonra hərəyə 13 xal toplayaraq turnir cədvəlində "ikihakimiyyətlik" yaratmış "Neftçi" və "Xəzər-Lənkəran" komandalarının iştirakı ilə keçiriləcəkdir. Paytaxt klubu MOİK-i sınağa çəkəcək, Lənkəran futbolçuları isə "Muğan"ın qonağı olacaqlar. Turun daha bir şənbə görüşündə "Gəncə" "Turan"ı qəbul edəcəkdir.
Azarkeşlər digər üç oyunu sabah izləyə biləcəklər: "Qəbələ" - "İnter", "Simurq" - "Bakı", "Qarabağ" - AZAL.
Onu da xatırladaq ki, altıncı tur ərəfəsində çempionatın ən məhsuldar oyunçularının siyahısına 7 qolla "Neftçi"nin özbəkistanlı hücumçusu Bahodir Nasimov başçılıq edir.

{nl}

"Beşiktaş" 90-cı dəqiqədə sevindi
Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinə qələbə ilə başlamışdır. Azərbaycanın da idman ictimaiyyətinin çıxışlarını maraqla izlədiyi İstanbul futbolçuları Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə görüşdə özlərini və pərəstişkarlarını sonuncu, 90-cı dəqiqədə vurduqları qələbə topu ilə sevindirmişlər - 1:0.
Bu rəqiblərlə birlikdə "L" qrupunda mübarizə aparan Portuqaliyanın "Portu" və Avstriyanın "Rapid" komandalarının görüşündə də meydança sahibləri qalib gəlmişlər. "Portu" qonağını böyük hesabla məğlubiyyətə uğratmışdır - 3:0.
Qrupda növbəti oyunlar sentyabrın 30-da keçiriləcəkdir. Həmin gün "Beşiktaş" Vyanada "Rapid"lə qarşılaşacaq, "Portu" isə ÇSKA-nı qəbul edəcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında