Avropa Oyunlarının voleybol yarışlarında hansı komandaları görəcəyik?

Gələn ilin yayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsi voleybol yarışlarında iştirak etmək üçün paytaxtımıza gələcək komandaları elan etmişdir. Həm kişilərin, həm də qadınların turnirində 12 kollektiv mübarizə aparacaq.

Kişilərin yarışında Azərbaycan voleybolçularının qonaqları Rusiya, İtaliya, Serbiya, Polşa, Bolqarıstan, Türkiyə, Almaniya, Fransa, Finlandiya, Belarus və Slovakiya yığmaları olacaq.

Qadınların turnirində isə Azərbaycan, Rusiya, Serbiya, İtaliya, Türkiyə, Almaniya, Hollandiya, Polşa, Belçika, Xorvatiya, Bolqarıstan və Rumıniya kollektivlərinin çıxışlarını izləyəcəyik.

Yarışlar “Kristal Hall”da keçiriləcək və 16 gün davam edəcək.

  Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında