“Qatar Masters Open” finişə yaxınlaşır

Qətərin paytaxtı Doha şəhərində keçirilən “Qatar Masters Open” beynəlxalq şahmat turniri tədricən finişə yaxınlaşır. Xəbər verdiyimiz kimi, bu yarışın 150-dən çox iştirakçısı arasında Azərbaycanın yeddi şahmatçısı da var.

Altı turdan sonra təmsilçilərimiz arasında ən yaxşı nəticəni Rauf Məmmədov göstərmişdir. O, altıncı turda polşalı qrossmeyster Dariuş Sverç üzərində qələbədən sonra xal ehtiyatını 4,5-ə çatdıraraq daha 11 rəqiblə 3-14-cü yerləri bölüşür.

Qədir Hüseynov, Vasif Durarbəyli və Eltac Səfərli hərəyə 4, Şəhriyar Məmmədyarov 3,5, Günay Məmmədzadə 3, Zeynəb Məmmədyarova 2,5 xal toplamışlar.

Finişə üç tur qalmış turnir cədvəlinə keçirdiyi bütün altı görüşdən qalib ayrılaraq 6 xal toplayan hollandiyalı Aniş Giri başçılıq edir. İkinci yerdə olan keçmiş dünya çempionu Vladimir Kramnik (Rusiya) liderdən bir xal geri qalır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında