Lider fərqi artırır

UEFA Avropa Liqası turnirinin qrup sınaqlarında uğurla çıxış edərək pley-off mərhələsinin bir addımlığında olan Ağdamın “Qarabağ” komandası Topaz Premyer Liqasında da inamlı oyunu ilə diqqət mərkəzindədir.

Sonuncu ölkə çempionumuz 14-cü turda Zaqatalada “Simurq” ilə gərgin mübarizə şəraitində davam edən görüşdə 3:2 hesabı ilə qələbə qazanaraq turnir cədvəlinin zirvəsində öz mövqeyini bir qədər də möhkəmləndirmişdir.

Turun daha üç oyununda “Bakı” “İnter”ə uduzmuş (0:1), AZAL “Sumqayıt”ı məğlubiyyətə uğratmış (3:2), “Neftçi” və “Qəbələ” isə bir-birinin qapısına yol tapa bilməyərək meydanı qolsuz heç-heçə ilə tərk etmişlər (0:0).

Hazırda 27 xala malik “Qarabağ” cədvəldə ən yaxın izləyicisi “Neftçi”dən 5 xal irəlidədir. Üçüncü yeri tutan “İnter”in isə 21 xalı var.

Çempionatda 15-ci turun oyunları dekabrın 7-də keçiriləcəkdir. Bu turda “Qarabağ” - “Neftçi” görüşü daha böyük maraqla gözlənilir. Qarşıdakı turda azarkeşlər həmçinin “Xəzər - Lənkəran” - “Qəbələ”, “Sumqayıt” - “Simurq” və “İnter” - AZAL görüşlərini izləmək imkanı qazanacaqlar.

Onu da qeyd edək ki, dekabrın 11-də Avroliqanın qrup mərhələsinin sonuncu turunda “Qarabağ”ın qonağı olacaq “İnter” İtaliya çempionatının növbəti turunda səfərdə “Roma”ya uduzmuş (2:4) və hazırda 17 xalla 11-ci yeri tutur.  

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında