FİDE növbəti reytinq cədvəlini açıqlamışdır

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2014-cü il dekabrın 1-nə olan vəziyyətə görə növbəti reytinq cədvəlini dərc etdirmişdir. Dünyanın yüz ən yaxşı qrossmeysteri sırasında Azərbaycanın üç şahmatçısı da var.

İkiqat dünya çempionu norveçli Maqnus Karlsenin (2862) başçılıq etdiyi siyahıda Şəhriyar Məmmədyarov (2765) 11-ci, Teymur Rəcəbov (2734) 21-ci, Rauf Məmmədov (2658) 94-cü pillədədirlər.

Bu yaxınlarda Soçidə keçmiş dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən blits üzrə mötəbər beynəlxalq turnirin qalibi olmuş Məmmədyarov sürətli şahmatın bu növündə 2866 xalla üçüncü pillədə irəliləyir. Burada ilk iki yeri Karlsen (2948) və ABŞ təmsilçisi Hikaru Nakamura (2906) tuturlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında