Moskva Azərbaycan gimnastlarını gözləyir

Gələn həftə Moskvada keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı artıq start ərəfəsindədir.
Rusiya paytaxtında fərdi yarışlarda Azərbaycanı Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva təmsil edəcəklər. Qrup hərəkətləri üzrə komandamız isə Ceyla Quliyeva, Anastasiya Prasolova, Nigar Abdulsəlimova, Aelita Xələfova, Stefana Trayanova və Yevgeniya Jidkovadan ibarət heyətlə çıxış edəcək.
Bu barədə məlumat verən azerisportun yaydığı xəbərdə həmçinin bildirilir ki, sentyabrın 21-23-də ayrı-ayrı təmrinlər üzrə (ip, lent, top, halqa) yarışlarda medallar oynanılacaq, sentypbrın 24-də isə çoxnövçülükdə qalib və mükafatçılar məlum olacaq. Çempionat sentyabrın 26-da qrup hərəkətləri üzrə komandaların turniri ilə başa çatacaq.
Bu arada məşhur mütəxəssis, Rusiya yığma komandasının baş məşqçisi İrina Viner bildirmişdir ki, o, Aliyə Qarayevanı dünya çempionatında öz yetirmələrinin əsas rəqiblərindən biri hesab edir. Məşqçinin fikrincə, Qarayeva son illər ustalığını daha da artırmışdır və mundialda güclü çıxış edə bilər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında