Çətin oyunda əzmkar qələbə

Bakının “Rabitə” klubu qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin qrup mərhələsinin ikinci turunda pərəstişkarlarını çətin oyunda əzmkar qələbə ilə sevindirdi.

Azərbaycan paytaxtı voleybolçuları “Sərhədçi” İdman Olimpiya Mərkəzində bu yarışların ötənilki qalibi Rusiyanın “Dinamo” (Kazan) komandası ilə görüşün gedişində hesabda geri qalmalarına baxmayaraq, rəqiblərini məğlubiyyətə uğratmağı bacardılar - 3:2.

İki həftə əvvəl start turunda Polşada yerli “Çemik Polis” klubuna uduzan “Rabitə” dinamoçularla görüşdə müvəffəqiyyət sayəsində öz turnir vəziyyətini bir qədər yaxşılaşdırmışdır. İkinci turda qrupun digər oyununda polşalılar “Agel”ə (Çexiya) 3:0 hesabı ilə qalib gəlmişlər. Hazırda “Çemik Polis”in 6, “Dinamo”nun 4, “Rabitə”nin 2 xalı var. “Agel” hər iki görüşdə uduzmuşdur.

Liqada digər təmsilçimiz “Azəryol” isə həmin gün məğlubiyyətlə barışmalı olmuşdur. Start turunda Bakıda “Nant”a (Fransa) qalib gələn voleybolçularımız bu dəfə İstanbulda “Fənərbağça”ya məğlub olmuşlar - 1:3. Xatırladaq ki, bu qrupda pley-off mərhələsinə vəsiqə uğrunda Azərbaycan, Fransa və Türkiyə klubları ilə yanaşı, “Stiinta” (Rumıniya) da mübarizə aparır.

Paytaxtımızın daha bir komandası “Lokomotiv”in Avropa Voleybol Konfederasiyası kuboku turnirinə uğurla başladığını da qeyd edək. Bu yarışın ilkin mərhələsinin birinci oyununda səfərdə Almaniyanın “Rote-Raben” klubunu məğlubiyyətə uğradan təmsilçimiz evdə cavab görüşündə də qalib gələrək (3:1) səkkizdəbir finalda mübarizəni davam etdirmək hüququ qazanmışdır. İndi “Lokomotiv”i Serbiyanın “Srvena Zvezda” komandası ilə oyunlar gözləyir. Hər iki görüş dekabrın ortalarında keçiriləcəkdir. Rəqiblər əvvəlcə Belqradda, sonra isə Bakıda qarşılaşacaqlar.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında