“Qatar Masters Open” starta çıxır

Bu gün Qətərin paytaxtı Doha şəhərində “Qatar Masters Open” beynəlxalq şahmat turnirinə start veriləcəkdir. Mükafat fondu 89300 dollar olan yarışda 153 nəfər, o cümlədən 111 qrossmeyster mübarizə aparacaq. İştirakçılardan 14-nün reytinqi 2700-dən yuxarıdır.

Turnirin saytında verilmiş siyahıda bu göstərəciyə görə ilk üçlüyü hollandiyalı Aniş Giri (2776), rusiyalı Vladimir Kramnik (2760) və həmvətənimiz Şəhriyar Məmmədyarov (2757) təşkil edirlər.

Məmmədyarovla yanaşı, yarışın iştirakçıları sırasında daha bir qrup Azərbaycan şahmatçısı vardır. Bunlar Rauf Məmmədov (2652), Eltac Səfərli (2628), Vasif Durarbəyli (2621), Qədir Hüseynov (2592), Günay Məmmədzadə (2316) və Zeynəb Məmmədyarovadır (2241).

İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan turnirin qalib və mükafatçıları dekabrın 4-də məlum olacaq.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında