“Sent-Etyen”–“Qarabağ” görüşünü islandiyalı hakim idarə edəcək

UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “Sent-Etyen” (Fransa)-“Qarabağ” (Azərbaycan) görüşünü islandiyalı hakim Kristin Yakobsson idarə edəcəkdir.

Noyabrın 27-nə təyin edilmiş bu oyun Bakı vaxtı ilə saat 00:05-də başlanacaq.

Hazırda hər iki rəqibin, eləcə də “Dnepr”in (Ukrayna) 4 xalı var. Qrupun lideri “İnter” (İtaliya) 8 xala malikdir. Fransızlarla matç Avroliqanın pley-off mərhələsinə aparan yolda həm Ağdam klubu, həm də “Sent-Etyen” üçün mühüm əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, “Qarabağ” səfərə yaxşı əhval-ruhiyyə ilə yola düşmüşdür. Azərbaycan çempionu Topaz Premyer Liqasının növbəti turunda AZAL üzərində qələbədən sonra (2:1) xal ehtiyatını 24-ə çatdıraraq turnir cədvəlinin zirvəsində öz mövqeyini bir qədər də möhkəmləndirmişdir. İkinci pillədə olan “Neftçi” liderdən 3 xal geri qalır.  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında