“İslam mədəniyyəti paytaxtı” turnirlərində ikiqat qələbə

Birləşmiş Ərəb Əmirliklərinin Şərc şəhərində yenicə başa çatmış kişi və qadınlar arasında “İslam mədəniyyəti paytaxtı” turnirləri Azərbaycan şahmatçılarının ikiqat qələbəsi ilə əlamətdar olmuşdur.

Kişilərin yarışında baş mükafatı Qədir Hüseynov qazanmışdır. Qrossmeysterimiz 9 mümkün xaldan 7 xal toplamışdır. Misirli Əhməd Ədli və Qırğızıstan təmsilçisi Semetey Tologentegin də onunla eyni nəticə göstərmişlər. Lakin əlavə göstəricilərə görə Azərbaycan şahmatçısı onları qabaqlamışdır. Üç qalibdən yarım xal geri qalan Eltac Səfərli Saleh Salemlə (Birləşmiş Ərəb Əmirlikləri) dörd-beşinci yerləri bölüşmüş, 6 xal toplayan Nicat Abbasov isə yeddinci olmuşdur. Turnirin mükafatları uğrunda 46 iştirakçı mübarizə aparmışdır.

Qadınların da yarışında ən böyük sevinci Azərbaycan şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva yaşamışdır. Həmvətənimiz doqquz görüşdə 8 xal toplamış və finişə ikinci çatan iranlı D.Dərəhşanini yarım xal geridə qoymuşdur. Üçüncü yeri özbəkistanlı S.Qurbanboyeva tutmuşdur.

Bu arada Maqnus Karlsenlə (Norveç) Vişvanatan Anand (Hindistan) arasında dünya şahmat tacı uğrunda matça da yekun vurulmuşdur. Norveçli qrossmeyster 11-ci görüşün 45-ci gedişində ağlarla rəqibini məğlubiyyətə uğratmış və bundan sonra reqlamentdə nəzərdə tutulan 12-ci görüşün oynanılmasına ehtiyac qalmamışdır. Matçda 6,5:4,5 hesabı ilə qalib gələn Karlsen dünya çempionu adını özündə saxlamışdır.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında