“Bakı-2015” Avropa Oyunları yarışlara 200 gün qalmasını qeyd etmək üçün planlarını açıqlayıb

“Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasiminə 200 gün qalmasını qeyd etmək məqsədilə gələn həftə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil edəcək.

“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, ilk Avropa Oyunlarının başlamasına qalan 200 günü qeyd etmək üçün noyabrın 24-də İçərişəhər işıqlandırılacaq və diqqətçəkən şou göstəriləcək. “Bakı-2015”in təsviri əfsanəvi Qız Qalası memarlıq abidəsi üzərində əks olunacaq. Axşam isə “Bakı-2015”lə bağlı xüsusi bir xəbər elan ediləcək.

Gənclər və İdman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: “İlk Avropa Oyunlarının başlamasına 200 gün qalır. Bakı şəhəri və Azərbaycan ölkəmizin idman tarixinin mühüm hissəsinə çevriləcək oyunlara hazırlaşır. Eyni zamanda, biz bütün ölkədə böyük maraq oyadacaq xüsusi bir xəbər elan edəcəyik və mən bu tarixi anı mümkün qədər çox insanla paylaşmaq istərdim. Bakı sakinlərini axşam saat 20-də başlayacaq və sonda möhtəşəm işıqlandırma effektlərindən ibarət şou ilə başa çatacaq tədbirdə iştiraka dəvət edirik”.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Açılış mərasiminin başlamasına qalan günlərin geri sayımına davam edirik və şəhərdə hər həftə böyük həyəcan yaşanmaqdadır. Gələn il keçiriləcək “Bakı-2015” Avropa Oyunlarında qitənin elit idmançıları iştirak edəcək. Biz belə bir mötəbər yarışlara ev sahibliyi etməyə hazırlaşırıq və mən paytaxt sakinlərini bizə qoşularaq tədbirlərimizdə yaxından iştiraka səsləyirəm”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında