Yeniyetmə şahmatçılarımızın Avropa çempionatında növbəti medalları

Azərbaycan şahmat məktəbinin gənc yetirmələri Tallində oğlan və qızlar arasında rapid və blits üzrə 14-cü Avropa çempionatında böyük müvəffəqiyyətlə çıxış etmişlər. Yarışların bağlanış mərasimində təmsilçilərimizə 4 qızıl, 2 gümüş və 1 bürünc medal təqdim olunmuşdur.

Aydın Süleymanlı 10 yaşlı oğlanlar qrupunda iki qızıl medalın sevincini yaşamışdır. O, 52 iştirakçının mübarizə apardığı rapid turnirində 9 mümkün xaldan 8 xal toplamış və gümüş mükafat qazanan estoniyalı yaşıdını bir xal geridə qoymuş, blitsdə də hamıdan yaxşı nəticə göstərmişdir-7,5 xal.

Ümid Aslanov isə 8 yaşlı oğlanların rapid üzrə çempionatında 8 xalla birinci olmuşdur. İkinci-üçüncü yerləri müvafiq surətdə 7,5 və 7 xal toplayan Rusiya və Belarus nümayəndələri tutmuşlar.

Qızların turnirində iki şahmatçımız həm rapiddə, həm də blitsdə fərqlənərək qitə birinciliyinin ikiqat mükafatçısı olmuşdur. Aytən Əmrayeva 18 yaşlı iştirakçılar qrupunda rapiddə 8 xal toplayaraq qızıl medal qazanmış (gümüş və bürünc mükafatçılar rusiyalılıar Alina Bivol və Viktoriya Çernyak 6,5 xalla kifayətlənmişlər), blitsdə isə üçüncü yeri tutmuşdur -6,5 xal.

Nəhayət, Xanım Balacayeva 14 yaşlılar arasında rapiddə 6, blitsdə 7,5 xalla iki gümüş medala sahib olmuşdur.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında