Azərbaycan şahmatçıları “İslam mədəniyyəti paytaxtı”nın çempionatında

Bu günlər Birləşmiş Ərəb Əmirliklərinin Şərc şəhərində kişi və qadınlar arasında “İslam mədəniyyəti paytaxtı”nın şahmat çempionatı keçirilir.

Kişilərin turnirində 46 rəqib, o cümlədən 6 qrossmeyster mübarizə aparır. Doqquz turdan ibarət yarışın iştirakçıları arasında həmvətənlərimiz Eltac Səfərli, Qədir Hüseynov və Nicat Abbasov da var.

Azərbaycan təmsilçiləri turnirə uğurla başlayaraq ilk üç turda hərəyə üç qələbə qazanmışlar. Səfərli, Hüseynov və Abbasov kimi Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri və Misirdən olan daha üç şahmatçı maksimum nəticə göstərərək 3 xal toplamışlar.

Qadınların da çempionatında  (26 iştirakçı) Azərbaycan şahmat məktəbinin yetirmələri liderlər qrupunda irəliləyirlər. Üç turdan sonra Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva, habelə Bosniya və Herseqovina, İran, Özbəkistan və Qazaxıstanın hərəsindən bir şahmatçı 2,5 xal toplamışdır.

Dünən “İslam mədəniyyəti paytaxtı”nın çempionatında dördüncü turun oyunları keçirilmişdir. Yarışın qalib və mükafatçıları noyabrın 23-də məlum olacaq.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında