Dördüncü məğlubiyyət

Azərbaycan milli komandasının futbolçuları Avropa çempionatı – 2016-nın  seçmə yarışlarının 2014-cü il təqvimi tam uğursuzluqla başa vurmuşlar. Yığmamız dördüncü məğlubiyyətlə doğma azarkeşlər qarşısında Norveçlə görüşdə barışmalı oldu.

Bu dəfə meydançaya baş məşqçi vəzifəsini icra edən Mahmud Qurbanovun rəhbərliyi ilə çıxan futbolçularımızın uğurlu nəticəyə nail olmaq, heç olmasa bir xal qazanmaq cəhdləri bir nəticə vermədi. Bunun başlıca səbəbi isə onların hazırlıq səviyyəsinin aşağı olması və ustalığının çatışmamasıdır. Norveçlilərə seçmə turnirində üçüncü qələbə qazandıran (1:0) yeganə qolun müəllifi hələ birinci hissəsinin ortalarında künc zərbəsi yerinə yetirilərkən hücuma qoşulan müdafiəçi Hovard Nordtveyt oldu.

Həmin axşam “H” qrupunda keçirilən və eyni hesabla heç-heçə qeydə alınan  (1:1) İtaliya-Xorvatiya və Bolqarıstan-Malta görüşləri də başa çatdıqda məlum oldu ki, qrupumuzda xal sevinci keçirməyən yeganə komanda Azərbaycan kollektividir.  Xorvatiya və İtaliya seçmə sınaqlarının 2015-ci il təqviminə hərəyə 10, Norveç 9, Bolqarıstan 4, Malta 1 xalla başlayacaqlar.

Qrupda növbəti görüşlər martın 28-də keçiriləcəkdir. Həmin gün Azərbaycan-Malta, Xorvatiya-Norveç və Bolqarıstan-İtaliya matçları oynanılacaq.

Seçmə mərhələnin “A” qrupunda çıxış edən Türkiyə yığmasının nəhayət, pərəstişkarlarını qələbə ilə sevindirdiyini də qeyd edək. Əvvəlki üç oyunda imkanlarından aşağı səviyyədə çıxış edərək cəmi bir xalla kifayətlənən qardaş ölkə futbolçuları dördüncü görüşdə qazaxıstanlı qonaqlarını 3:1 hesabı ilə məğlubiyyətə uğratmışlar. Bu turda həmin qrupun digər iki oyunu belə nəticələnmişdir: Çexiya-İslandiya-2:1, Hollandiya-Latviya-6:0.

Turnir cədvəlinə dörd görüşün hamısından qələbə ilə ayrılıb 12 xal toplayan çexlər başçılıq edirlər. İslandiyanın 9, hollandların 6, Türkiyə komandasının 4, Latviyanın 2, Qazaxıstanın 1 xalı var.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında