Ukraynalı hakimlər briqadası

Azərbaycan milli komandası futbolçularının Avropa çempionatı-2016-nın seçmə yarışları çərçivəsində sabah Norveç yığması ilə keçirəcəkləri görüşü Yevgeni Aranovskinin başçılığı ilə ukraynalı hakimlər briqadası idarə edəcəkdir.

Bu oyun hər iki rəqib üçün  seçmə sınaqlarının 2014-cü il təqvimində sonuncu, dördüncü görüş olacaq. Lakin komandalarda əhval-ruhiyyə tamamilə fərqlidir.  Əgər Azərbaycan futbolçuları hər üç görüşdə uduzmuşlarsa, norveçlilərin hesabında artıq 6 xal var.

“Bakcell Arena”da keçiriləcək Azərbaycan-Norveç görüşü saat 21-də başlanacaq. Bu komandaların çıxış etdikləri “H” qrupunda sabah həmçinin İtaliya-Xorvatiya və Bolqarıstan-Malta matçları keçiriləcəkdir.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında