Soçi turnirində baş mükafatı Şəhriyar Məmmədyarov qazandı

Azərbaycanın 1 nömrəli şahmatçısı Şəhriyar Məmmədyarov Soçidə keçmiş dünya çempionu  Mixail Talın xatirəsinə həsr edilən beynalxalq blits-turnirin birinci dövrəsində 11 görüşdə bir dəfə də uduzmayaraq doqquz qələbə və iki heç-heçə sayəsində 10 xalla vahid lider olmuşdur.

Qrossmeysterimiz rusiyalılar Aleksandr Qrişuk, Vladimir Kramnik, Yevgeni Tomaşevski, Sergey Karyakin, Ernesto Inarkiyev, Yan Nepomnyaşi, Aleksandra Kostenyuk, macar Peter Leko və israilli Boris Gelfanda qalib gəlmiş, Aleksandr Morozeviç və Pyotr Svidlerlə (hər ikisi Rusiya) heç-heçə oynamışdır.

Birinci dövrədə ikinci-üçüncü yerləri müvafiq surətdə 8 və 7 xal toplayan Qrişuk və Morozeviç tutmuşlar.

Beynəlxalq turnirə dünən keçirilən ikinci dövrənin görüşləri ilə yekun vurulmuşdur. Məmmədyarov daha 6 xal qazanaraq üst-üstə 16 xalla birinci yeri tutmuş və baş mükafata sahib olmuşdur. Finişə ikinci çatan Qrişuk şahmatçımızdan yarım xal geri qalmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında