Şəhriyar Məmmədyarov Mixail Talın xatirə turnirində

Bu gün Soçidə keçmiş dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən sürətli şahmat üzrə beynəlxalq turnirə start veriləcəkdir. Yarışın iştirakçıları arasında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da vardır.

Turnirdə şahmatçımızın rəqibləri rusiyalılar Vladimir Kramnik, Sergey Karyakin, Pyotr Svidler, Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Yevgeni Tomaşevski, Aleksandr Morozeviç, Ernesto İnarkiyev, Aleksandra Kostenyuk, israilli Boris Gelfand və macar Peter Lekodur. İki gün davam edəcək blits-turnirə sabah yekun vurulacaqdır.

Bu arada elə həmin Soçidə Maqnus Karlsenlə ( Norveç) Vişvanatan Anand (Hindistan) arasında keçirilən dünya şahmat tacı uğrunda matçın üçüncü görüşü 34-cü gedişdə ağlarla oynayan Anandın qələbəsi ilə başa çatmış və hesab bərabərləşmişdir-1,5:1,5. Dünən rəqiblər dördüncü dəfə bir-birlərini sınağa çəkmişlər.

Matç 12 görüşdən ibarətdir. Əgər qrossmeysterlərdən hər hansı biri 6,5 xal toplayarsa, o, qalib elan olunacaq. Yarışda 6:6 hesabının qeydə alınacağı halda isə dünya çempionunu tay-breyklər müəyyənləşdirəcək.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında