"Araz" UEFA kuboku görüşlərinə hazırlaşır

Futzal üzrə UEFA kuboku turnirinin əsas seçmə mərhələsinə hazırlaşan Azərbaycan çempionu Naxçıvanın "Araz" komandası bu məsul yarış ərəfəsində öz hazırlıq səviyyəsini yoldaşlıq görüşlərində yoxlayır. Komanda Bakı İdman Sarayında Gürcüstanın "İberiya star" klubu ilə qarşılaşmış və 2:3 hesabı ilə uduzmuşdur. Dünən axşam bu rəqiblər bir daha üz-üzə gəlmişlər.
UEFA kuboku yarışlarının seçmə mərhələ görüşləri Rumıniyada keçiriləcəkdir. Orada "Araz"ın rəqibləri İrlandiyanın "Sportinq Finqal", Latviyanın "Nikars" və meydan sahiblərinin "Tiqru Mureş" klubları olacaq. Naxçıvanlı futzal ustaları turnirə sentyabrın 28-də İrlandiya təmsilçisinə qarşı görüşlə başlayacaq, ertəsi gün latışları sınağa çəkəcək, oktyabrın 1-də isə rumınlara qalib gəlməyə çalışacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında