Rusiya və Yaponiyadan sonra üçüncü

Bir həftə ərzində Moskvada keçirilmiş güləş üzrə dünya çempionatının yekunları hələ çox müzakirə ediləcək, komandaların çıxışları onların təmsil etdikləri federasiyalar tərəfindən geniş təhlil olunacaqdır. Nəticələr isə təbii ki, heç də hamının ürəyindən olmamışdır.
Yunan-Roma, qadın güləşi və sərbəst güləş yarışlarının ümumi yekununda komanda hesabında Rusiya idmançıları daha çox medal qazanmışlar. Onlar 16 mükafata (5 qızıl, 3 gümüş, 8 bürünc medal) sahib olmuşlar. İkinci yeri vətənlərinə 8 medalla qayıdan (3+2+3) Yaponiya təmsilçiləri tutmuşlar. Azərbaycan yığması mükafatların ümumi sayına görə yalnız bu iki ölkənin komandalarını özündən irəli buraxaraq üçüncü olmuşdur. Xatırladaq ki, "Olimpiyski" İdman Kompleksində güləşçilərimizə 7 medal - 2 qızıl, 2 gümüş və 3 bürünc mükafat təqdim olunmuşdur.

Oqtay BAYRAMOV, "Xalq qəzeti"{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında