Şəmkirdə idmançılarla görüş

Şəmkir gənclərinin “Zəka” İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində idmançılar və məşqçilərlə görüş keçirilmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan RİH başçısı Alimpaşa Məmmədov ölkəmizin bütün sahələrdə olduğu kimi, idman sahəsində də qazandığı böyük uğurların ulu öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf etməsini xüsusi vurğuladı.

Qeyd etdi ki gəncləri layiqli vətəndaş kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançılara hərtərəfli dəstək verərək onların gücü ilə Azərbaycanı dünyaya tanıtdırmaq Heydər Əliyevin idman siyasətinin məqsədi və mahiyyəti idi. Bu gün həmin yol ulu öndərin böyük ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İdmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait respublikamızı Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirdi. Artıq ölkəmiz dünyada həm də bir idman ölkəsi kimi tanınır. Bütün bu göstəricilər Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə xidmət edir. Elə bizim 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyimiz də deyilənlərin sübutudur. Görüşdə qeyd olundu ki, Şəmkir rayonu idmançılarından Mövlud Mirəliyev oktyabr ayında İspaniyada keçirilən veteranlar arasında Cüdo üzrə dünya çempionu adını qazanmış,Oruc Zamanov Türkiyədə 65 kq çəki dərəcəsində pankration qaydasız döyüş növü üzrə birinci yerə, Şirxan Novruzlu Gürcüstanda keçirilən beynəlxalq turnirdə 65 kq çəki dərəcəsində MMA qaydasız döyüş növü üzrə birinci yerə layiq görülmüşlər.

Hər üç idmançı Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə, onların məşqçiləri Samir Məhərrəmov və Habil Hacıyev isə pul mükafatı ilə mükafatlandırılmışlar.

 

H.QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında