“Qran-Pri” həlledici mərhələdə

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2013-2014-cü illər üçün “Qran-Pri” yarışları seriyasında Bakı mərhələsindən sonra ikinci turnir olan Daşkənd sınaqları tədricən finişə yaxınlaşır. Səkkiz turdan sonra turnir cədvəlində “üçhakimiyyətlikdir”. Liderlərin ən yaxın izləyiciləri onlardan cəmi yarım xal geri qalırlar. Deməli, baş mükafata ən azı beş real namizəd var.

Səkkizinci tur sakit məcrada davam etmiş və yalnız bir oyunda Baadur Cobava (Gürcüstan) Boris Gelfanda (İsrail) qalib gələ bilmişdir. Qalan beş görüşdə Şəhriyar Məmmədyarov Sergey Karyakinlə (Rusiya), Teymur Rəcəbov Hikaru Nakamura (ABŞ) ilə, Dmitri Andreykin (Rusiya) Maksim Vaşye-Laqravla (Fransa), Aniş Giri (Hollandiya) Dmitri Yakovenko (Rusiya) ilə və Fabiano Karuana (İtaliya) Rüstəm Qasımcanovla (Özbəkistan) heç-heçəyə razılaşmışlar.

Bu turdan sonra “Qran-Pri” həlledici mərhələyə qədəm qoymuşdur. Dünən turnirdə ikinci və sonuncu istirahət günü idi. Finişə üç tur qalmış 5 xala malik Cobava, Andreykin və Nakamura daha yaxşı əhvaldadırlar. Hərəyə 4,5 xal toplayıb liderlərin yarım addımlığında olan Məmmədyarov və Vaşye-Laqrav son turlarda onları öz mövqelərindən sıxışdırmaq üçün, şübhəsiz, bütün imkanlarından var qüvvə ilə istifadə edəcəklər.

Qalan iştirakçılara gəldikdə, Rəcəbov, Karuana, Karyakin və Yakovenko fasiləni 4, Giri 3,5, Qasımcanov 2,5 və Gelfand 2 xalla qarşılamışlar.

Bü gün keçiriləcək doqquzuncu turda Məmmədyarov qaralarla Yakovenkoya qarşı oynayacaq, Rəcəbov isə ağ fiqurlarla Karuananı sınağa çəkib səkkiz heç-heçədən sonra Özbəkistan paytaxtında ilk qələbə qazanmağa çalışacaq. Finiş şahmat pərəstişkarlarına çox maraqlı görüşlər vəd edir. Görək kim daha çox sevinəcək...

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında