Yığmamız növbəti mərhələdə

Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası Belçikanın Eisden şəhərində keçirilən Avropa çempinotının ilkin seçmə mərhələsinin son turunda Bosniya və Herseqovina kollektivinə uduzsa da (oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmış, penaltilər seriyasını isə rəqib komanda daha dəqiq yerinə yetirmişdir-4:3), qitə birinciliyinin növbəti mərhələsində mübarizəni davam etdirəcəkdir.

Bu turnirin qalibi belçikalılar olmuşlar. Bosniyalılar və Azərbaycan futbolçuları 4 xal toplamışlar. Finişə 3 xalla çatan İsveçrə yekun cədvəlində sonuncu, dördüncü yerdə qalmışdır. Bosniya və Herseqovina ilə görüşdə məğlubiyyətə baxmayaraq, yığmamız qruplarda üçüncü yeri ən yaxşı nəticə ilə tutan beş komandadan biri kimi ikinci mərhələyə vəsiqə qazanmışdır.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında