Şəhriyar Məmmədyarovun ikinci qələbə sevinci

Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov FİDE-nin Daşkənddə davam edən “Qran-Pri” turnirinin altıncı turunda özbəkistanlı Rüstəm Qasımcanovla görüşü 35-ci gedişdə öz xeyrinə başa çatdırmışdır. Bu, qrossmeysterimizin Özbəkistan paytaxtında ikinci qələbəsidir. Xatırladaq ki, Məmmədyarov üçüncü turda Boris Gelfandı (İsrail) məğlubiyyətə uğratmışdır.

Teymur Rəcəbov isə əvvəlki beş oyundakı kimi altıncı turda hollandiyalı Aniş Giri ilə görüşdə də heç-heçəyə razılaşmışdır. Baadur Cobava (Gürcüstan) ilə Dmitri Yakovenko (Rusiya), Gelfandla Maksim Vaşye-Laqrav (Fransa) və Hikaru Nakamura (ABŞ) ilə Fabiano Karuana (İtaliya) da bir-birlərinin müqavimətini qıra bilməyərək hərəyə yarım xalla kifayətlənmişlər. Rusiyalı Dmitri Andreykin isə həmvətəni Sergey Karyakin üzərində qələbə qazanmışdır.

Altı turdan sonra turnir cədvəlində hərəyə 4 xala malik Andreykin və Nakamura liderdirlər. Məmmədyarov, Cobava və Vaşye-Laqrav onlardan yarım addım geri qalırlar. Rəcəbov, Giri və Yakovenko 3 xalla altı-səkkizinci yerləri bölüşdürürlər. “Qran-Pri”nin Bakı mərhələsinin qalibləri Karuana və Gelfand Daşkənddə hələlik heç cür ön mövqelərə çıxa bilmirlər. Onlar müvafiq surətdə 2,5 və 2 xal toplamışlar.

Dünən rəqiblər yeddinci turun görüşlərində qarşılaşmışlar. Bu dəfə Məmmədyarovla Rəcəbov bir-birlərini sınağa çəkmişlər. Oyun heç-heçə başa çatmışdır. İndi Şəhriyarın 4, Teymurun isə 3,5 xalı var.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında