“Qran-Pri”də yolun yarısı keçildi

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-Pri” yarışları seriyasından ikinci mərhələ olan Daşkənd turnirində bir günlük istirahətdən sonra keçirilən beşinci turda hər iki azərbaycanlı qrossmeyster taxta arxasından “dinc” nəticə ilə ayrılmışdır.  Şəhriyar Məmmədyarov Bakı mərhələsinin iki qalibindən biri italiyalı Fabiano Karuana ilə, Teymur Rəcəbov isə Ukrayna təmsilçisi Dmitri Andreykinlə xalı yarı bölmüşlər.

Rüstəm Qasımcanov (Özbəkistan)-Aniş Giri (Hollandiya) görüşündə də heç-heçə qeydə alınmışdır. Digər üç oyun isə məhsuldar olmuşdur. Bu görüşlərdə Baadur Cobava (Gürcüstan) Sergey Karyakinə (Rusiya), Hikau Nakamura (ABŞ) Bakı turnirinin digər qalibi Boris Gelfanda (İsrail), Dmitri Yakovenko (Rusiya) fransız Maksim Vaşye-Laqrava qalib gəlmişlər.

On bir turdan ibarət yarışın ilk beş turunda ən yaxşı nəticəni Nakamura göstərmişdir-3,5 xal. Cədvəlin ikinci-dördüncü pillələrində irəliləyən Andreykin, Vaşye-Laqrav və Cobava liderdən yarım xal geri qalırlar. Məmmədyarov, Rəcəbov, habelə daha üç qrossmeyster Giri, Karyakin və Yakovenko beş görüşdə əllifaizli nəticə göstərərək hərəyə 2,5 xal toplamışlar. Karuanın 2, Gelfandla Qasımcanovun 1,5 xalı vardır.

Dünən keçirilən altıncı turda Məmmədyarov Qasımcanovla, Rəcəbov isə Giri ilə görüşmüşlər. Bu turla da Daşkənd turnirində yolun birinci yarısı arxada qalmışdır.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında