“Qarabağ”: qələbədən-qələbəyə

UEFA Avropa Liqası turnirində qrup mərhələsinin birinci dövrəsini ikinci yerdə başa vuran Ağdamın “Qarabağ” komandası Topaz Premyer Liqasında da uğurlu çıxışlarını davam etdirir. Doqquzuncu turda “Xəzər-Lənkəran”la görüşdə 3:2 hesabı ilə qələbədən sonra Qurban Qurbanovun yetirmələri turnir cədvəlində vahid lider mövqeyinə yüksəlmişlər.

Səkkiz oyunda 17 xal toplayan “Qarabağ”  cədvəldə ən yaxın izləyicisi, hesabat  turunda “Neftçi”  ilə görüşdən qolsuz heç-heçə ilə ayrılan (0:0) “İnter”dən bir xal irəlidədir. Üstəlik də, ağdamlılar paytaxt klubundan bir oyun az keçirmişlər.

Ötən turun digər görüşlərində “Qəbələ” öz meydançasında “Sumqayıt”ı məğlubiyyətə uğratmış-3:1, AZAL “Bakı”ya uduzmuş-0:1, “Simurq” isə pərəstişkarlarını “Araz-Naxçıvan” üzərində böyük hesablı qələbə ilə sevindirmişdir-4:0.

Çempionatda onuncu turun oyunları oktyabrın 29-da keçiriləcəkdir. Bu turda “İnter”-“Qarabağ” görüşü, şübhəsiz, daha böyük maraqla gözlənilir. Rəqiblərdən hər hansı birinin qələbəsi onun turnir mövqeyini bir qədər də möhkəmləndirəcəkdir. Bu turda həmçinin “Sumqayıt”-“Xəzər-Lənkəran”, “Bakı”-“Neftçi”, “Araz-Naxçıvan”-“Qəbələ” və AZAL-“Simurq” görüşləri keçiriləcəkdir.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında