Azərbaycan güləşçilərinin növbəti medalları

Moskvanın "Olimpiyski" İdman Kompleksində dünya çempionatının mükafatları uğrunda mübarizə aparmış Azərbaycanın yeddi sərbəst güləş ustasından dördü Rusiya paytaxtını medalla tərk etmişdir. Bu müvəffəqiyyət sayəsində yığmamız komanda hesabında yalnız yarış sahibi Rusiya kollektivindən geri qalıb ikinci yeri tutmuşdur.
Azərbaycan komandasında ən böyük uğuru 96 kq çəki dərəcəsində çıxış edən Pekin Olimpiadasının mükafatçısı Xetaq Qazyumov qazanmışdır. Təmsilçimiz bütün rəqiblərinə, o cümlədən final görüşündə rusiyalı Hacımurad Qatsalova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmiş və bu qələbə şərəfinə idman sarayında Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Dünya çempionunun komanda yoldaşları Toğrul Əsgərov (55 kq) gümüş, Zəlimxan Hüseynov (60 kq) və Cəbrayıl Həsənov (66 kq) isə bürünc medallara sahib olmuşlar.
Qadın güləşçilərimiz də mükafatsız qalmamışlar. Yuliya Ratkeviç (55 kq) yalnız həlledici görüşdə uduzaraq ölkəmizə gümüş medal qazandırmışdır.
Yunan-Roma üsulu ilə güləşənlərimiz isə, artıq xəbər verdiyimiz kimi, yığma komandamızın yeni baş məşqçisi Fərid Mansurovun rəhbərliyi altında iki medalın sevincini yaşamışlar. Dünya çempionu Həsən Əliyevin (60 kq) qızıl, Vitali Rəhimovun (66 kq) bürünc mükafatları yığmamıza komanda hesabında üçüncü yeri tutmaq imkanı vermişdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında