“Sağlamlıq-2014” respublika spartakiadasına start verilib

Dünən “ABU Arena”da Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti  Respublika Şurasının birgə təşkilatçılığı ilə Azərbaycanda rabitənin yaradılmasının 133 illiyinə həsr olunmuş rabitə işçilərinin “Sağlamlıq-2014” respublika spartakiadasının açılış mərasimi keçirilmişdir.

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək ölkəmizdə rabitə sahəsində əldə olunan uğurlardan və beynəlxalq səviyyəli idman yarışlarında nailiyyətlərdən danışdılar.

Tədbirin əhəmiyyətini vurğulayan natiqlər qeyd etdilər ki spartakiada çərçivəsində rabitəçilər bir-biri ilə yaxından tanış olacaq, bu sahənin inkişafına töhfələrini verəcəklər.

Qeyd edildi ki, Azərbaycan idmançıları gələn il keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. Çıxış edənlər beynəlxalq yarışların təkcə paytaxtda deyil, bölgələrdə də uğurla təşkil olunduğunu diqqətə çatdırdılar.

Qeyd edək ki, spartakiadanın keçirilməsində məqsəd rabitəçilərin sağlamlığını möhkəmləndirmək, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyənləşdirmək və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının keçirəcəyi nazirliklərarası spartakiadada rabitə işçilərinin yığma komandasını formalaşdırmaqdan ibarətdir. 

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra spartakiada açıq elan olundu. Qeyd olundu ki, noyabrın 26-da başa çatacaq spartakiadada 18 komanda 9 idman növü - atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, nərd, şahmat, dama və güllə atıcılığı üzrə mübarizə aparacaq.

 

Elçin ABBASOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında