Azərbaycan şahmatçıları Avropa çempionatının liderlər qrupunda

Gürcüstanın Batumi şəhərində keçirilən 8-18 yaşlı oğlan və qızlar arasında Avropa çempionatının medalları uğrunda Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də mübarizə aparır. Təmsilçilərimizin bir çoxu ilk dörd turdan sonra liderlər qrupunda yer almışdır.

Oğlanların qitə birinciliyində Fərid Mustafayev 10 yaşlı rəqiblərlə görüşlərdə ardıcıl dörd qələbəyə sevinərək 4 xalla lider mövqeyinə yüksəlmişdir. Bu yaş qrupunda Vüqar Manafov və Aydın Süleymanlı, habelə 12 yaşlıların turnirində Kənan Qarayev də uğurlu start götürərək 3,5 xal qazanmışlar.

Qızların çempionatında isə dörd turdan sonra 18 yaşlılar arasında Ülviyyə Fətəliyeva yüzfaizli nəticəyə nail olmuşdur. Təmsilçimiz 4 xalla turnir cədvəlinin ən yüksək pilləsində irəliləyir. Ayan Allahverdiyeva 10, Xanım Balacayeva 14 yaşlı iştirakçılar arasında hərəyə 3 qələbə qazanmış və bir görüşdə heç-heçə oynamışlar.

Daha bir qrup həmvətənimiz Pərviz Qasımov, Məhluqə Zülfüqarlı, Gövhər Beydullayeva, Günay Məmmədzadə və Aytən Əmrayeva isə 3 xal toplamışlar.

Doqquz turdan ibarət Avropa çempionatına oktyabrın 28-də yekun vurulacaqdır.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında