Qrossmeysterlərin Daşkənd “Qran-Pri”sində

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2014-2015-ci illər üçün “Qran-Qri”yarışları seriyasında ikinci mərhələ olan Daşkənd turnirinin birinci oyun günü  üç qələbə qeydə alınmış, üç görüşdə isə rəqiblər taxta arxasından “dinc” nəticə və eyni əhval-ruhiyyə ilə ayrılmışlar.

Təəssüf ki, start turu azərbaycanlı qrossmeysterlərə elə bir sevinc gətirməmişdir. Teymur Rəcəbov Sergey Karyakinlə (Rusiya)  heç-heçəyə razılaşmış, Şəhriyar Məmmədyarov isə digər rusiyalı Dmitri Andreykinə uduzmuşdur.

“Qran-Pri”nin Bakı mərhələsinin qalibi Fabiano Karuana da Özbəkistan paytaxtında çıxışlarına məğlubiyyətlə başlamışdır. İtaliya təmsilçisi fransız Maksim Vaşye-Laqrava “təslim olmuşdur.” Qələbə ilə başa çatmış daha bir görüşdə Hikaru Nakamura (ABŞ) Baadur Cobavadan dəqiq oynamışdır. Daha iki görüşdə Aniş Giri (Hollandiya) Bakı turnirinin digər qalibi Boris Gelfandla (İsrail), Rüstəm Qasımcanov  (Özbəkistan)  isə Dmitri Yakovenko (Rusiya) ilə xalı yarı bölmüşlər.

On bir turdan ibarət turnirdə dünən ikinci turun oyunları keçirilmişdir. Rəcəbov Yakovenkoya, Məmmədyarov Giriyə qarşı oynamışlar.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında